Dünyaca məşhur idmançı Tayqer Vuds gözlənilməz qərarı ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, qolf ustası bir müddət bu oyundan uzaqlaşacağını bildirib:
"Bu andan etibarən, qolfa ara verirəm. Öz oyunumu heç bəyənmirəm. Çox pisəm. Bir müddət istirahət edib, sonra daha çox çalışıb, geri qayıdacam”.