Millimiz Trinidad və Tobaqoyla oynayacaq

17:20 13 Fevral 2015

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası növbəti olimpiya oyunlarında iştirak etmək üçün Dünya Hokkey Liqasının 2-ci raundunda mübarizəyə qoşulacaq.

Sportarena.az xəbər verir ki, millimiz fevralın 10-da yarışın keçiriləcəyi Uruqvayın Montevideo şəhərinə yola düşüb.

Hokkeyçilərimiz yarışa bu gün Bakı vaxtıyla saat 21:00-da Trinidad və Tobaqo millisiylə oyunla start verəcək. İki gün sonra Fransa hokkeyçiləriylə qarşılaşacaq millimizin qrupdakı son oyunu ayın 17-də Keniya yığmasına qarşı olacaq.

Milli komandamız səfərə aşağıdakı heyətdə yola düşüb:

Qapıçılar: Səadət Nuriyeva, Zlata Potapova. 
Müdafiəçilər: Xatirə Əliyeva (k), Lyüdmila Şokur, Əminə Mailova, Zoya Lebedyuk, Feruza Makayeva, Xalidə Zeynalova. 
Yarımmüdafiəçilər: Lalə Abbasova, Tamilla Xəzri, Amaliya Həsənova, Tatyana Kiyaniçenko. 
Hücumçular: Mahirə Əhmədova, Lyubov Drujinina, Anastasiya Tsıqanska, Fəridə Məmmədova.

 


Digər xəbərlər

Xəbər xətti