“Zirvə” İdman Klubunun “9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatı”nın 2015-ci ildə 1-ci seçmə mərhələsi fevralın 16-da start götürür. Klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçirilən yarışlardan ilki Lənkəranda olacaq.
Həmin gün bu şəhərdəki zalımızda Neftçala ağır atletləri güclərini sınayacaqlar. 1-ci seçmə mərhələ 16-23 fevral tarixlərində 4 zona üzrə keçiriləcəkdir. Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunub. Mərhələdə Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirve İnternational Sport Clubs”-ın bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.
Yarış şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaq, medal və diplomlarla təltif olunacaqlar.
Yarışların təqvimi aşağıdakı kimidir:
- 16 fevral – Neftçala
- 17-18 fevral – Lənkəran
- 20 fevral – Samux
- 23 fevral – Abşeron