Azərbaycanda daha bir klub fəaliyyətini dayandırır.
Sportarena.az xəbər verir ki, birinci divizionda mübarizə aparan "Lokomitiv" ikinci dövrədə çıxış etməyə bilər.
"Bakı"nın farm klubu hesab edilən "Lokomotiv" mövsümün ikinci yarısının hazırlıqlarına ümumiyyətlə başlamayıb. Əsas komanda kimi ikinci komanda da maliyyə problemləriylə üzləşib. AFFA "Bakı"ya sahib çıxıb, "zolaqlılar"ın birtəhər Premyer Liqada iştirakını davam etdirməsinə yardımçı olsa da, "Lokomotiv"ə yaxın durmayıb.
Birinci divizionda ikinci dövrənin (16-cı turun) oyunlarına fevralın 20-də start veriləcək. 10 xalla 12-ci sırada qərarlaşan "Lokomotiv" fevralın 21-də Gəncədə "Kəpəz"in qonağı olmalıdı.