Azərbaycanda futbolçuların maaşına limit qoyulacaq

19:19 13 Fevral 2015

Gənc azərbaycanlı futbolçuların maaşlarına limit qoyula bilər.

 

Sportarena.az xəbər verir ki, bunu apasport.az saytına Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.

 

Onun sözlərinə görə, bu məsələ Klublar Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Müzakirənin yekunu olaraq, komitə üzvləri ortaq məxrəcə gəliblər. Onlar 21 yaşadək və 23 yaşadək futbolçuların maaşları ilə bağlı konkret qərar qəbul ediblər. Komitə üzvləri yaşı 21-ə qədər olanlardan paytaxt klubunda çıxış edənlərin illik maaşının 30 min, əyalət komandalarında oynayanların isə 35 min manat olmasının tərəfdarıdı. 21-23 yaş arası oyunçularda isə Bakıdakıların 50, bölgələrdəkilərin isə 60 min manat illik məvacib alması ilə bağlı razılığa gəlinib. Bu məsələ AFFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq və yekun qərar orda veriləcək.

 

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclası gələn ay keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti