Cütlük sabah - fevralın 14-ü “Sevgililər günü”ndə nişanı rəsmən elan edəcək.
Rusiyalı tennisçisi Mariya Şarapova bolqar idmançı Qriqor Dmitrovla nişanlanıb.
Sportarena.az Rusiya mediasına istinadən xəbər verir ki, cütlük sabah - fevralın 14-ü “Sevgililər günü”ndə nişanı rəsmən elan edəcək.
Bundan əvvəl 2014-cü ilin sentyabrında tennisçilərin ayrılması haqqında KİV-də yayılan xəbərləri rusiyalı idmançı Şarapova təkzib etmişdi.
Şarapova və Dmitrovun görüşü haqda xəbərlər 2012-ci ilin sonunda məlum olub. Bunadək Şarapova sloveniyalı Milli Basketbol Assosiasiyasının oyunçusu Saşa Vuyaçiçlə görüşürdü.
2010-ci ildə cütlük nişan haqqında elan etsə də ancaq iki il sonra onlar ayrılıblar.