Türkiyə PTT I Liqasının XX turunun oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, millimizin müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” doğma azarkeşləri önündə “Osmanlıspor”la üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə başa çatıb.
Bu görüşdə Mahir meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, oyunun 5-ci dəqiqəsində hesabı açıb. Lakin “Karşıyaka” fasiləyə qədər üstünlüyünü qoruya bilməyib.
Bundan başqa, Şükürov qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, aktivinə 1 xal yazdıran “Karşıyaka” 30 xalla 5-ci pillədə qərarlaşır.