"Neftçi"nin futbolçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubu ilə müqavilə imzalayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki klub arasında danışıqlar müsbət nəticələnib. Əldə olunmuş razılığa əsasən, gənc hücumçu "Hayduk"da bu mövsümün sonuna kimi icarə əsasında oynayacaq.