Almaniya 2-ci Bundesliqasının 21-ci turuna start verilib.
Sportarena.az xəbər verir ki, millimizin üzvləri Tuğrul Erat və Dmitri Nazarovun şərəfini qoruduğu "Fortuna" (Düsseldorf) və "Karlsrue" növbəti oyunlarını keçiriblər.
Dmitri Nazarov komandası "Karslrue"nin səfərdə "Haydenhaym"ı məğlub etməsini (1:0) ehtiyat oyunçular skamyasından izləyib.
Tuğrul Eratın komandası "Fortuna" isə evdə "Erzqebirqe Aue"yə 2:3 hesabıyla məğlub olub. Tuğrul matçın 70-ci dəqiqəsində meydana daxil olub.
Bu matçlardan sonra "Karlsrue" 37 xalla 2-ci, "Fortuna" isə 32 xalla 6-cı pillədə qərarlaşıb.