Bu gün "Hayduk"la icarə müqaviləsi imzalamaq üçün Xorvatiyaya yola düşən Ruslan Qurbanov gedişi haqda fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, hücumçu öz "facebook" profilində bunları deyib:
"Təbriklərə görə hamıya təşəkkür edirəm. Təşəkkürlər, "Neftçi"! Azarkeşlərə təşəkkür edirəm: siz həmişə mənim ürəyimdə olacaqsız. Siz həmişə hamıdan yaxşı olmusuz və olacaqsınız. Mən, bütün Azərbaycanı təmsil etmək üçün gedirəm. Məni buraxdığına görə "Neftçi" rəhbərliyinə təşəkkür edirəm. Həmişə ürəyimdəsiz!"