"İnter" Premyer Liqanın 22-ci turunun hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, sözügedən tur çərçivəsində "Bakı"nı qəbul edəcək bankirlər bu gün səhər satlarında məşq edib. Tam heyətlə məşqə çıxan komandanın zədəli futbolçusu Aleksandr Amisulaşvili də fərdi məşqə başlayıb. O məşqdə yalnız yüngül qaçışla kifayətlənib. Digər zədəli Əfran İsmayılov isə artıq komanda ilə məşqlərə başlayıb.