Yaponiya cüdoçularına milli komanda forması ilə xaricə çıxmaları qadağan edilib.
Sportarena.az "Sports Hochi"yə istinadənxəbər verir ki, bu qərar İŞİD terrorçularının iki yaponiyalı girovu edam etməsi və yaponiyalıların ünvanına təhdidlərindən sonra çıxarılıb.
İdmançılara təklikdə gəzmələri də qadağan edilib, milli bayraqlı forma ilə isə yalnız idman obyektlərində görünmək olar. Yaxın vaxtlarda Yaponiyanın kişilərdən ibarət yığması İtaliyada, qadın millisi Avstriyada yarışacaq. Baş məşqçi Koseya İnoue bildirib ki, son hadisələr üzündən cüdoçular Mərakeş və Küveytdəki beynəlxalq turnirlərdən imtina edə bilərlər.
Qeyd edək ki, İŞİD terrorçuları yanvarın ortalarında jurnalistlər Kendzi Qoto və Haruna Yukavanı girov götürüblər. Onlar Yaponiyanın 72 saat ərzində 220 milyon dollar ödəməyəcəyi təqdirdə, girovları qətlə yetirəcəklərini bildiriblər. Yukavanın edam xəbəri yanvarın 24-də, Qotonunku isə yanvarın 31-də açıqlanıb.