Qol vuran futbolçunun başını yardılar - FOTO

12:32 14 Fevral 2015

Kolumbiya çempionatında keçirilən "Medellin" - "Tolima" matçından sonra qalmaqal yaşanıb.

Sportarena.az xəbər verir ki, səfərdə 2:1 hesabı ilə qalib gələn "Tolima"nın futbolçuları avtobusla evə qayıdarkən yolda rəqib azarkeşlərin basqınına uğrayıblar.

Avtobusu daşlayan "Medellin" azarkeşləri rəqibin qələbə qolunu vuran Vladimir Marini başından yaralayıblar. Huşsuz vəziyyətdə olan Marinə dərhal ilkin tibbi yardım göstərilib. Polisin müdaxiləsindən sonra çılğın fanatların qarşısı alınıb.

Qeyd edən ki, baş verən hadisə ilə bağlı Kolumbiya Futbol Federasiyasının "Medellin" klubuna ciddi cəza verəcəyi gözlənilir. 

 


Digər xəbərlər

Xəbər xətti