“Belə oyunla biz “Neftçi”yə uduzmamalıydıq”
Buz sözləri Sportarena.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov deyib. Hüseynov açıqlamasında, ötən həftə keçirilən “Neftçi” – “Xəzər-Lənkəran” (2:0) oyunundan öncə Nazim Süleymanovu təbrik edənlər arasında “Xəzər-Lənkəran” rəsmisinin olmamasına da aydınlıq gətirib:
“Mən fevralın 17-də Nazim Süleymanovun ad günü keçirəcəyini bilirdim, onu təbrik də etdim. Amma, onun oyundan öncə təbrik ediləcəyindən xəbərsiz idim. O ki qaldı mənim niyə təbrik edilməməyim məsələsinə, açığı bu barədə çox danışmaq istəmirəm. Heç incikliyim də yoxdur. Bu məsələni qabartmağa ehtiyac yoxdur”.
Hüseynov, həmçinin “Böyük oyun” barəsində də fikirlərini bildirib:
“Komandada inkişaf hiss olunur. Oyundan-oyuna artırırlar. “Neftçi” ilə oyunda da yaxşı oynadılar. Belə oyunla biz “Neftçi”yə uduzmamalıydıq. Amma, müdafiədə səhvlər olduğunu da vurğulamalıyam. – deyə Hüseynov bildirib.
Rahim Şaliyev