ÖZƏL: AFFA rəsmiləri moldovalılara yalvarıbmış

16:15 14 Fevral 2015

Antalyada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacağını xəbər vermişdik.

 

Sportarena.az-a etibarlı mənbədən verilən məlumata görə, AFFA rəsmiləri son ana qədər yığmamıza ölkə rəqibi tapmağa çalışsa da, heç nə alınmayıb.

 

Hətta, AFFA nümayəndələri fevral ayında Moldova millisini razılığa gətirmək üçün, onların otel xərclərini qarşılamağa razı olubmuş. Moldova rəsmilərinin bu təkliflə razılaşmadığını görən AFFA nümayəndələri yalvaracaq dərəcədə inad etsələr də, istəklərinə çatmayıblar və klubla qarşılaşmağa məcbur qalıblar.

Qeyd edək ki, daha əvvəl idman mətbuatında moldovalıların sadəcə rədd cavabı verdiyi vurğulansa da, xırdalıqlara toxunulmamışdı.


Digər xəbərlər

Xəbər xətti