“Bavariya” ilə oyunöncəsi “Şaxtyor”a şad xəbər

17:46 14 Fevral 2015

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 17-də “Bavariya” ilə ilk oyuna çıxacaq “Şaxtyor” hazırlığını davam etdirir.

Sportarena.az xəbər verir ki, Donetsk klubu çətin görüşöncəsi şad xəbər alıb. Belə ki, “Şaxtyor”un aparıcı oyunçularından olan Bernardın bu matçda forma geyinəcəyi bəlli olub. Braziliyalı yarımmüdafiəçi zədəsinə görə, son günlər fərdi qaydada məşq edir. Bununla belə, həkimlər onun vəziyyətinin yaxşı olduğunu və “Bavariya”ya qarşı oynaya biləcəyini deyiblər.

Qeyd edək ki, almanlarla matçdan sonra Antalyaya yollanacaq “Şaxtyor” fevralın 24-də Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək.  


Digər xəbərlər

Xəbər xətti