“Onunla bağlı qərar AZAL-nan oyundan sonra veriləcək”.
Bu sözləri Sportarena.az saytına açıqlamasında “Sumqayıt” klubunun mətbuat katibi Rəşad Məmmədov deyib.
“Hal-hazırda bütün fikrimiz AZAL ilə keçiriləcək oyundadır. Təvəkkül Məmmədov barədə çox danışmaq istəmirəm. Onunla bağlı qərar AZAL-nan oyundan sonra veriləcək. Çox güman ki, bəyənatımız olacaq”. – deyə Məmmədov bildirib.
Qeyd edək ki, "Sumqayıt" klubunun futbolçusu Təvəkkül Məmmədov dünən komandanın düşərgəsini icazəsiz olaraq tərk etmişdi.
Rahim Şaliyev