"Bakı" rəsmisi təsdiqlədi: "Maaşların verilməsində heç bir problem olmayacaq"

19:04 14 Fevral 2015

Daha öncə də xəbər verdiyimiz kimi “Bakı” klubunda futbolçuların maaşlarının gələn həftə veriləcəyi barədə saytımıza məlumat daxil olmuşdu.

Sportarena.az məsələ ilə bağlı “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidovla əlaqə saxlayıb. Seyidov, saytımıza açıqlamasında xəbərin doğruluğunu təsdiqləyib:

“Bəli, gələn həftədən etibarən futbolçuların maaşları hissə-hissə veriləcək. Bu dəqiq məsələdir və maaşların verilməsində heç bir problem olmayacaq” – deyə Seyidov bildirib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti