İki günlük fasilədən sonra “Xəzər Lənkəran” bu gün Lənkərandakı bazasında toplanıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22-ci turda istirahət edəcək komanda fevral ayının 18-nə qədər Lənkəranda məşqlərini davam etdirəcək.
Ondan sonra isə cənublular Qəbələyə yola düşəcək. 23-cü tur çərçivəsində “Qəbələ”nin qonağı olacaq "ağ-yaşıllar" bu oyundan öncə son məşqini matçın keçiriləcəyi arenada tamamlayib oyun saatını gözləyəcək.