Silvio Berluskoni "Milanı" satmaq fikirində deyil.
Sportarena.az xəbər verir ki, Berluskoniyə məxsus "Fininvest" holdinq kompaniyası İtaliya nəhənginin satılacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu gün səhər İtaliya mediası məlumat yaymışdı ki, Tailand şirkəti "Milan"ı almaq üçün bir milyard avro ödəməyə razılaşıb və tərəflər arasında razılıq əldə olunub.
Silvio Berluskoni "Milan"da 1986-cı ildən prezident postunu tutur. Onun rəhbərliyi dövründə komanda İtaliya çempionatında 8 dəfə qalib gəlib, 5 dəfə Çempionlar Liqasını, 5 dəfə UEFA superkubokunu, 2 dəfə klublararası dünya çempionatını, 1 dəfə qitələrarası kuboku qazanıb.