Skarlatake "Xəzər-Lənkəran"a hələ də qoşula bilmir

00:32 15 Fevral 2015

Premyer Liqanın XXII turunda iştirak etməyəcək  “Xəzər Lənkəran” XXIII turun hazırlıqlarına başlayıb.

 

Sportarena.az 12cioyuncu.info-ya istinadən xəbər verir ki, komanda fevralın 14-də səhər saat 09:00-da Bakıda bir araya gələrək Lənkərana yollanıb. Doğma şəhərə saat 13:00-da yetişən komanda özünün baza-otelində məskunlaşıb. Saat 16:00-da isə komanda Manuel Skarlatake istisna olmaqla tam heyətlə stadionun ehtiyat meydançasında məşqə çıxıb.

 

Hazırda əvəzedicilərlə məşq edən Rumın futbolçu yaxınlarda əsas heyətə qoşulacaq. Qeyd edək ki, qarşıdakı günlərdə doğma şəhərdə hazırlıqlarını davam etdirəcək və fevralın 18-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” Premyer Liqanın XXIII turu çərçivəsində fevralın 19-da “Qəbələ” klubunun qonağı olacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti