"Fənərbağça" rəqibini darmadağın etdi

11:00 15 Fevral 2015

Dünən Türkiyə Superliqasında XX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun gününə 3 qarşılaşma baş tutub. Turun açılış matçında "Karabükspor" və "Kasımpaşa" üz-üzə gəlib. Qarşılaşma başladığı kimi başa çatıb. Günün digər matçında "Akhisar" doğma meydanda "Ərciyəsspor"u məğlub edib 1:0. "Fənərbaxça" səfərdə "Qaizantepspor"un qonağı olub. Beləliklə, Qaizantep təmsilçisini 0:5 hesabı ilə məğlub edən İsmayıl Kartalın komandası müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.

 

 

Türkiyə Superliqası, XX tur

14 fevral

“Karabükspor” – “Kasımpaşa” 0:0

 

“Akhisar” – “Ərciyəsspor” 1:0

Qol: Ferreyra, 75

 

“Qaziantepspor” – “Fənərbaxça” 0:5

Qollar: Emenike, 7, Kuyt, 58, Sou, 60; 68, Əmrə, 72-pen

 


Xəbər xətti