İspaniya La Liqasında XXIII turun növbəti oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” evdə "Atletik"kə üz-üzə gəlib.
Görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, hesab açılmayıb – 0:0. Bu görüşdə Eddi yenə meydana çıxmayıb. Onun adı matçın protokoluna daxil edilməyib.
Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 20-cu pillədə yer alır.