Portuqaliya çempionatının II Liqasında (Segunda Liga) XXVII turun növbəti oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Atletiko" səfərdə “Gimaraynş B” ilə qarşılaşıb.
Qarşılaşmada meydan sahibləri 4:0 hesabı ilə qələbə qazanıb.
Bu görüşdə Quluzadə oyunun 79-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci yerdə qərarlaşıb.