Azərbaycanlı velosipedlə İtaliyaya çatdı: 17 min km qət etdi

11:34 15 Fevral 2015

İki il davam edəcək “Azərbaycan naminə pedalla” devizi altında növbəti dəfə dünya turuna çıxmış məşhur azərbaycanlı velosəyyah Ramil Ziyadov artıq İtaliyadadır. 

 

Bu il yanvarın əvvəlində Bakıdan yola çıxan 36 yaşlı R.Ziyadov 17 min kilometr məsafə qət edərək İtaliyanın paytaxtı Romaya çatıb. Velosipedçi Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Moldova, Rumıniya, Türkiyə və Yunanıstan ərazisindən keçərək İtaliyaya daxil olub.

 

Sportarena.az AzərTAc-a istinadən xəbər verir ki, R.Ziyadov səfər müddətində yaşadığı hisləri, keçirdiyi həyəcan və təəssüratlarını bölüşüb: “Velosipedlə bu cür səyahətə çıxmaqda əsas məqsəd ölkəmizi təbliğ etmək, müxtəlif ölkələrdə üçrəngli bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının əzmkarlığını bütün dünyaya göstərməkdir. Səfər etdiyim hər bir ölkədə qarşılaşdığım insanlara əlimdən gəldiyi qədər Azərbaycanın sürətli inkişafı, tarixi, mədəniyyəti, incəsənəti və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verməyə çalışıram. Hesab edirəm ki, müxtəlif ölkələrdə Azərbaycanın təbliğinə az da olsa töhfə verə bilirəm”.

 

Azərbaycanlı velosəyyah R.Ziyadov İtaliyadan sonra Fransaya, İspaniyaya və Afrika ölkələrinə səyahət etmək niyyətində olduğunu bildirib.

 


Digər xəbərlər

Xəbər xətti