Millimiz Belarusa yollanır

11:38 15 Fevral 2015

Xəbər verdiyimiz kimi, Martın 17-dən 21-dək Bakıda futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları keçiriləcək.

 

Sportaren.az AzərTAc-a istinadla xəbər verir ki, turnirə hazırlaşan futzal üzrə Azərbaycan millisi fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində millimiz 3 yoldaşlıq oyununda gücünü sınayacaq.

 

Təlim-məşq toplanışına Covani Buranello Laersio (“Araz”), Rövşən Hüseynli (“Araz”), Elnur Zamanov (“Khazar Islands”), Rizvan Fərzəliyev (“Araz”), Rafael Durval (“Araz”), Eduardo Mello (“Khazar Islands”), Fernando Da Silva Amadeu (“Khazar Islands”), Ramiz Çovdarov (“Araz”), Vitali Borisov (“Fənər”), Xətai Bağırov (“Neftçi” İSM), Namiq Məmmədkərimov (“Araz”), Samir Həmzəyev (“Araz”), Auqusto Sezar (“Araz”), Vahib Xodjayev (“Neftçi” İSM), Fineo De Araujo (“Khazar Islands”), İsa Atayev (“Araz”) və Rəcəb Fərəczadə (“Araz”) dəvət olunublar.

 

Millimiz fevralın 17-18-də Belarus, fevralın 21-də isə klublar yığması ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti