Useyn Bolt: "Karyeramı 2017-ci ildə başa vuracam"

12:31 15 Fevral 2015

Planetin ən sürətli insanı Useyn Bolt karyerasını başa vurmaq fikrindən niyə daşındığını izah edib. 

 

Sportarena.az xəbər verir ki, Bolt idman tarixinin ən böyük şəxsiyyətlərini də açıqlayıb.

 

"İlkin olaraq, 2016-cı ildə idmandan getməyi planlaşdırıdım. Amma məşqçim məni bu tarixi bir il sonraya keçirməyə inandıra bildi. Karyeramı 2017-ci il Londonda keçiriləcək dünya çempionatından sonra başa vuracam. Ən pik nöqtədə getmək istəyirəm. Bu illər ərzində əfsanəvi idmançı olmaq və atletikanın tarixinə keçmək istəyimi gizlətməmişəm. məncə, idman tarixinin ən dahi şəxsləri Məhəmməd Əli, Maykl Cordan və Maykl Consondur. Hazırda qarşıdakı 3 ildə 100 metrə qçış üzrə yarışlarda maksimum nəticə qazanmaq istəyirəm".

 


Digər xəbərlər

Xəbər xətti