Kamran Abdullazadə: "Azarkeşlərimiz deyirlər ki, “Kimə uduzsaz da, “Neftçi”yə uduzmayın”

14:44 15 Fevral 2015

“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Kamran Abdullazadənin Sportarena.az saytına müsahibəsi:

 

- Son oyunlarda meydanda 90 dəqiqə olmursuz. Bu fiziki durumunuzla bağlıdır?

– Bunu fiziki durumla əlaqələndirməzdim. Antaliyada yaxşı hazırlıq keçdik. Belə məsələlər məşqçidən asılıdır. Mənə nə vaxt şans versə özümü göstərəcəm. 90 dəqiqə oynamağa gücüm var, sadəcə mənim o qədər meydanda olmağım üçün şans verilməsi lazımdır.

 

- “Neftçi” ilə oyunun sizin üçün prinsipiallığı vardı. Düzdü, bu məsələnin üstündən uzun zaman keçib, amma, yadınızdadırsa kubok oyununda sizi vurmuşdular. Bu mənada “Neftçi”yə məğlubiyyət sizə necə təsir etdi?

– İstənilən halda komanda məğlub olanda özümü pis hiss edirəm. “Neftçi” ilə bağlı o hadisə də olub keçib. Azarkeşlərimiz deyirlər ki, “Kimə uduzsaz da, “Neftçi”yə uduzmayın”. Buna görə də, həm azarkeşlərə, həm də özümüzə görə pis olmuşdum.

 

- Qarşıda “Qəbələ” ilə  oyun var...

– Dünəndən məşqlərə başlamışıq. Fiziki durumu artırmağa görə gündə iki dəfə məşq edirik. Yaxşı məşq etmək lazımdır ki, oyunda da yaxşı nəticə qazanaq.

 

- “Qəbələ” həm iddialıdır, həm də çətin vəziyyətdədir. Siz də xal qazanmağa çalışırsız. Çətin olmayacaq ki?

– Çox çətin oyun olacaq. Biz oyuna yaşı hazırlaşırıq. “Qəbələ” ilə oyunda üç xal gözləyirik. Üç məğlubiyyətdən sonra qələbə qazanmaq vacibdir.

 

- Maraqlı bir məqam var ki, fasildən sonra cəmi bir qol vurmusunuz ki, onu da rəqib öz qapısına vurub...

– Özünüz də gördünüz ki, “Neftçi” ilə oyunda bizim çox epizodumuz oldu. Sadio və digərləri şansları qaçırdı. Bəxtmi deyim, nə deyim, sadəcə alınmır. İnşallah gələn oyunlarda qol olacaq.

 

- Bizdə olan məlumata görə yayda komandaya güclü legionerlər gətiriləcək. Gənc heyyət bu rəqabətə hazırdırmı?

– Əlbəttə ki, hazırıq. Mən gənc komandanın belə oyun nümayiş etdirəcəyini bilməzdim. Amma, üç oyundur sırf oyun göstəricilərində yaxşıyıq. İnşallah biz elə bir oyun göstərəcəyik ki, legionerlərin gəlməsinə ehtiyac olmasın.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti