“Qalatasaray”ın futbolçusu Uesli Sneyder komandasının sabiq baş məşqçisi Çezare Prandelli ilə hazırkı çalışdırıcısı Həmzə Həmzəoğlunu müqayisə edib.
Sportarena.az xəbər verir ki, türkiyəli mütəxəssisi daha yüksək qiymətləndirən təcrübəli yarımmüdafiəçi Prandelinin gedişinə sevindiyini gizlətməyib:
“Hazırda dünyanın ən xoşbəxt insanıyam. İşlərim əla gedir, qollar vururam. Yaxşı ki, Prandelli “Qalatasaray”dan getdi və Həmzə Həmzəoğlu gəldi. Hazırkı baş məşqçimiz müthiş bir insandır. Hər bir futbolçu ilə ayrı-ayrılıqda maraqlanır. Komandanın hər bir üzvünü oyuna çox gözəl motiasiya edir. Bu gedişlə həm, kuboku qazanacağımıza, həm də çempion olacağımıza inanıram”.
Qeyd edək ki, hollandiyalı futbolçu Prandelli ilə yola getmirdi.