"Deyəsən, artıq baş məşqçiyə lazım deyiləm"

18:29 15 Fevral 2015

"Mançester Siti"nin monteneqrolu forvardı Stevan Yovetiç Çempionlar Liqasının iştirak ərizəsinə salınmamasını böyük təəccüblə qarşıladığını deyir.

 

Sportarena.az xəbər verir ki, hücumçu artıq Manuel Pelleqriniyə lazım olmadığını düşünür.

 

Qeyd edək ki, "Siti" onun əvəzinə Uilfrid Bonini iştirak ərizəsinə salmışdı.

 

"Çempionlar Liqasında oynamaq hüququna layiq idim. Baş məşqçinin qərarı məni çox sarsıtdı. Başqa insanlar da mənə deyir ki, Çempionlar Liqasında oynamağı haq edirdim. Aydındır ki, məşqçilər korpusu məni yaxşı oyunçu hesab etmir. Böyük ruh düşkünlüyü keçirirəm. Bu turnirdə iştirak etmək üçün "Mançester Siti"yə gəlmişdim. Amma hələlik gələcək karyeram barədə qərar verməmişəm. Yaya qədər gözləyəcəm. Lakin belə görünür ki, baş məşqçiyə lazımlı futbolçu deyiləm. Çalışacam ki, lazımi vaxtlarda komandaya kömək edə bilim".

 


Digər xəbərlər

Xəbər xətti