Azərbaycan Premyer Liqasının XXII turuna Sumqayıtda start verildi. Həmin şəhərdə keçirilən “Sumqayıt” – AZAL oyununda qapılara qol vurulmadı.
Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Tərlan Əhəmədov oyun haqqında fikirlərini bölüşüb:
“Sumqayıta 3 xal üçün gəlmişdik. Amma 1 xal qazandıq. Bundan öncəki 3 oyunda yaxşı mübarizə aparmışdıq. Bu gün qalib gəlməli olduğumuz oyunda 1 xalla kifayətləndik. Etiraf edim ki, mübariz komandaya qarşı oynadıq. “Sumqayıt”la qış fasiləsi zamanı yoldaşlıq görüşləri keçirmişdik. Bu mənada oyunçularım bir az arxayın idilər. Matç başa çatdıqdan sonra futbolçularla söhbət etdim. Dedim ki, bu matçı unudub, “İnter”lə oyuna hazırlaşmalıyıq. Edu zədəlidir, Nicat Qurbanov da sıradan çıxdı. Əgər Nicat olsaydı, meydançaya başqa heyət buraxacaqdım”.