Aqil Məmmədov: "Bu gün nəticə oyuna görə oldu"

18:39 15 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXII turuna Sumqayıtda start verildi. Həmin şəhərdə keçirilən “Sumqayıt” – AZAL oyununda qapılara qol vurulmadı.

Sportarena.az xəbər verirk i, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov oyun haqqında fikirlərini bölüşüb:

“Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundur qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”.  


Digər xəbərlər

Xəbər xətti