İbrahim Uzunca: "Futbolçularım soyunub-geyinmə otağında ağlayırlar"

19:36 15 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXII turunda “Bakı”nı qəbul edən “İnter” 4-0 hesablı qələbə qazandı.

 

Sportarena.az xəbər verir ki, “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca qarşılaşma haqqında bunları deyib:

 

“Çətinliklərimiz var. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə salır. Sadəcə, qol epizodlarında səhvlərimiz var. Gənc oyunçuların yetişməsində bizə hər kəs köməklik etsin. Mən demirəm ki, bizim komandaya yardım etsinlər. Sadəcə, penalti epizodunda bir qədər diqqətli olsunlar. Düşünürəm ki, “İnter”in bizi məğlub etməsi üçün penaltiyə ehtiyacı yoxdur. Biz əziyyət çəkirik. Ardıcıl məğlubiyyətlər futbolçularıma pis təsir edir. Soyunub-geyinmə otağında ağlayırlar”.  


Digər xəbərlər

Xəbər xətti