İngiltərə Kubokunun 1/8 final mərhələsində növbəti oyunlar baş tutub.
Sportarena.az xəbər verir ki, "Aston Villa" evdə "Liekester Siti"ni məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb. "Arsenal" da turnirdə yoluna davam edir. "Topçular" 1/8 finalda "Middlesburq" klubunu mübarizədən kənarlaşdırıb. Yeni transfer Qabriel Paulistanın da meydana çıxdığı qarşılaşmanın taleyini Olivye Jirunun 2 dəqiqəyə vurduğu 2 qol həll edib. Bununla da, "Arsenal" İngiltərə Kubokunun 1/4 final mərhələsinə adlayıb.
İngiltərə Kuboku, 1/8 final
Arsenal - Middlesburq 2:0
Qollar: Jiru (27`, 29`)