"Neftçi"nin futbolçusu Ruslan Qurbanovun bir neçə gün öncə Xorvatiyanın "Hayduk"komandasına keçidi və Xorvatiyaya yola düşdüyü barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, artıq futbolçu Zaqreb şəhərindədir və bu gün şərəfini qoruyacağı "Hayduk" komandasının bazasına yollanacaq və rəsmən müqavilə imzalayacaq. Bu barədə futbolçu "facebook" səhifəsində məlumat verib.