Sportarena.az xəbər verir ki, De Yonqun heyətə cəlb olunmasını Massimliano Alleqri klub rəhbərliyindən istəyib.
30 yaşlı futbolçunun "Milan"la yeni müqaviləni razılaşdıra bilməməsi "qoca senyora"nın xeyrinə işləyən amillərdən biridir.
Holland yarımmüdafiəçi "Milan"dan ildə 3.5 milyon avro istəsə də, klub rəhbərliyi yalnız 2.5 milyon maaşa razıdır.
Qeyd edək ki, De Yonqla "Mançester Yunayted" də maraqlanır.