“Bakı” klubunun futbolçusu Nurlan Novruzov Sportarena.az saytına müsahibə verib:
- Məşqçiniz dünənki məğlubiyyətdən sonra futbolçuların ağladığını bildirmişdi. Məğlubiyyət bu qədər pis təsir etdi?
– Əlbəttə ki, təsir etdi. Nə qədər uduzmaq olar? Bu məğlubiyyətlərin bizə mənfi təsiri çoxdur.
- Komandanız hücum edir, amma qol vurmaqda çətinlik var. Siz də əvvəlki qədər qol vura bilmirsiz. Bu daha çox nə ilə əlaqədardır?
– İlk dövrədə nələrisə unudub oyuna çıxırdıq. İndi isə, artıq çox çətindir oyuna köklənmək. Bizim yerimizde kim olsa heç 15 dəqiqə də meydanda mübarizə aparmaz.
- Klubda maaşlarınızı ala bilirsinizmi?
– Yox, hələ heç nə almamışıq.
- Növbəti oyunda nəyə ümüd edəcəksiz?
– Allaha...
- Komandanın vəziyyəti məlumdur. Əgər klubunuz aşağı liqaya düşərsə, Premyer Liqada çıxış edən başqa komandaya keçəcəksinizmi? Ümumiyyətlə, bu yöndə təkliflər olub?
– Əlbəttə ki, kariyeramı başqa komandada davam etdirəcəm.
- Çempionatda ən çox qol vuran yerli futbolçulardansız. Prosineçki sizi bu kefiyyətə görə milliyə dəvət edə bilər. Özünüzü millidə oynamağa hazır hiss edirsiz?
– Qərar baş məşqçinindir və buna hörmətlə yanaşacam. Çağırsa da, çağırmasa da, başa düşürəm ki, mənim milli komandada uğur qazanmaq vaxtımdır.
Rahim Şaliyev