Moskvada ənənəvi olaraq keçirilən "Əfsanələr kuboku" turnirinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun çıxış etdiyi "futbol ulduzları" yığması turniri üçüncü pillədə başa vurub.
Kramarenkonun komandası üçüncü yer uğrunda görüşdə Hollandiyaya 7:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin qalibi yenə Rusiya yığması olub. Veteran futbolçulardan ibarət Rusiya millisi finalda Portuqaliyanı 8:7 hesabı ilə məğlub edərək ardıcıl 7-ci dəfə turniri qalib başa vurublar.