Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportraena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki təlim-məşq toplanışı üçün 22 futbolçuya dəvət göndərib.
Rəşad Sadıqov – Qarabağ
Bədavi Hüseynov – Qarabağ
Maksim Medvedev – Qarabağ
Qara Qarayev – Qarabağ
Namik Ələsgərov – Qarabağ
Vüqar Nadirov – Qarabağ
Rəşad Sadiqov – Qəbələ
Ruslan Abışov – Qəbələ
Cavid Hüseynov – Qəbələ
Elvin Camalov Qəbələ
Səlahət Ağayev – İnter
Arif Daşdəmirov – İnter
Maqomed Mirzəbəyov – İnter
Əfran İsmaylov – İnter
Coşqun Diniyev – İnter
Elvin Məmmədov – İnter
Rahid Əmirquliyev – Xəzər Lənkəran
Ağabala Ramazanov – Xəzər Lənkəran
Orxan Əliyev – Sumqayıt
Andriy Popoviç – Sumqayıt
Maqomed Qurbanov – Sumqayıt
Rəşad Eyyubov – Simurq
Emil Balayev – "Ayntraxt" (Frankfurt, Almaniya)
Anton Krivotçuk – klubsuz
Qeyd edək ki, fevralın 24-də Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların müvafiq üzvləri millinin toplanışına dəvət olunmayıb.