Sabiq "Xəzər Lənkəran"lı Braziliya klubunda

16:10 16 Fevral 2015

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Vanderson Skarduelli özünə yeni klub tapıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

 

2012-14-cü illərdə ölkəmizdə çıxış edən Vanderson “Paulista” klubu ilə anlaşıb. Bu komanda San-Paulu ştatının çempionatında (Paulista) 2-ci liqada mübarizə aparır.

 

“Ağ-yaşıllar”ın heyətində 76 rəsmi matça çıxan cənubi amerikalı qış fasiləsində komandasından ayrılıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 


Digər xəbərlər

Xəbər xətti