Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən daha bir klub rəsmən fəaliyyətini dayandırıb.
Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, bu, Bakının “Lokomotiv” klubudur.
Biləcəri təmsilçisinin fəaliyyətini dayandırmasına klubun maliyyə problemləri yaşaması səbəb olub. Maraq üçün bildirək ki, “dəmiryolçular”a “Bakı”nın prezidenti Hafiz Məmmədov himayədarlıq edirdi. Kasıb milyonerin hazırda müflis durumda olduğunu nəzərə alsaq, farm-klubu kimi fəaliyyət göstərən “Lokomotiv”in dağılması gözlənilən idi.
Qeyd edək ki, son bir neçə ayda komdanın üzvləri maaş üzünə həsrət qalmışdı. Maliyyə sıxıntısından irəli gələrək çempionat oyunlarına da düzgün şəkildə hazırlaşa bilmirdi. Onu da bildirək ki, ilk dövrədə “Lokomotiv” maliyyə sıxıntısına görə “Ağsu” ilə oyuna tam heyətlə çıxa bilməmişdi. AFFA İntizam Komitəsi də Biləcəri təmsilçisinin bu davranışını texniki məğlubiyyətlə dəyərləndirmişdi.