Sabah İsveçrənin Cenevrə şəhərində Bakı vaxtilə 12:30-da “Qarabağ” – “İnter” oyunu ilə bağlı apelyasiya şikayətinə baxılacaq.
Sportarena.az xəbər verir ki, bu barədə təmsilçimizin türkiyəli vəkili Qürur Qayə Günal “facebook” hesabında bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” “İnter”ə qarşı keçirdiyi oyunda qol vursa da, matçın baş hakimi Miroslav Zelinka ofsayd qərarı ilə bu qolu saymamışdı. Hakimin yanlış qərarı nəticəsində təmsilçimiz qrupda qaldı. Bundan əvvəl “Qarabağ” klubu UEFA –a müraciət etsə də, UEFA bu müraciəti rədd etmişdi.