İkinci dövrənin hazırlıqlarını davam etdirən "Kəpəz" heyətinə daha bir futbolçu qatıb.
Sportarena.az xəbər verir ki, "Kəpəz"in yeni transferi Nicat Əliyevdir. 21 yaşlı Nicat Əliyevin son iş yeri AZAL-ın əvəzedici komandası olub. Qeyd edək ki, bir neçə gün əvvəl müqavilə bağlanan digər futbolçu Sabit Cunayev idi. Müqavilə ilə "Xəzər Lənkəran"a məхsus olan gənc oyunçu "Kəpəz"də icarə əsasında çıхış edəcək.