Türkiyənin Girəsun şəhərində baş tutan həvəskar futbol oyununda hakim döyülüb.
Sportarena.az xəbər verir ki, buna səbəb hakimin oyunun 75-ci dəqiqəsində futbolçuya qırmızı vərəqə göstərməsi olub. Daha sonra yan xət hakimləri və oyunçular arasında əlbəyaxa dava düşüb.