Azərbaycan yığmasının üzvü Mahir Şükürovun formasını geyindiyi Türkiyənin “Karşıyaka” klubu heyətlə bağlı problemlə üzləşib.
Sportarena.az xəbər verir ki, PTT I Liqa klubunun baş məşqçisi Yusuf Şimşək növbəti oyuna heyət qurmaqda çətinlik çəkir.
Belə ki, “Osmanlıspor”la matçda (1:1) sarı vərəqə alan Mahir Şükürov və Yenal Tuncer cəzalı duruma düşüb. Bundan əlavə, zədəli Onur Alkan növbəti turda da komandasına kömək edə bilməyəcək. Nəticədə gənc çalışdırıcı eksperimentlərə getmək məcburiyyətində qalıb.
Mahir Şükürovun yerinə növbəti matçda Rıdvan Şimşəkin yer alacağı gözlənilir. Digər oyunçuların boşluğunun necə doldurulacağı isə hələlik bilinmir.
Qeyd edək ki, “Karşıyaka” XXI tur çərçivəsində “Şanlıurfaspor”un qonağı olacaq.