"Ayaks" Van der Vartı pulsuz transfer edə bilər

12:10 17 Fevral 2015

Hollandiyanın "Ayaks" klubu "Hamburq"da forma geyən yarımmüdafiəçi Rafael van der Vartı transfer etmək istəyir. 

 

Sportarena.az xəbər verir ki, bu xəbəri "Goal.com" saytı yayıb. Portalın iddiasında Amsterdam təmsilçisinin onunla azad agent kimi müqavilə imzalamaq fikrində olduğu bildirilib. 

 

Belə ki, 32 yaşlı holland futbolçunun "Hamburq"la olan sazişi yayda bitir.


Xəbər xətti