AFFA hələ də Berti Foqtsun planı üzrə hazırlıq keçir?

14:41 17 Fevral 2015

Robert Prosineçkinin millimizə baş məşqçi təyin olunmasından artıq bir müddətdir ki keçib. Lakin, AFFA-nın mətbuat xidməti deyəsən bu məlumatdan xəbərsizdir, ya da milli hələ də sabiq baş məşqçi Berti Foqtsun  hazırlıq planı üzrə hərəkət edir.

                                                                                        

Dünya üzərində belə bir təcrübə var ki, millinin yoldaşlıq oyunları bir il öncədən təyin olunur və digər ölkələrin futbol federasiyaları ilə razılaşdırılır. Lakin, Azərbaycan millisinin Antalyada keçirəcəyi yoxlama görüşləri bir ay öncə planlaşdırılıb.

 

Məsələ ilə əlaqədar Sportarena.az AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb. Nərimənoğlu saytımıza açıqlamasında məsələyə aydınlıq gətirsə də, millinin baş məşqçisi kimi Robert Prosineçkini yox, daha öncəki baş məşqçi Berti Foqtsun adını çəkib:

“Düz qeyd etdiz ki, millinin oyunları bir il öncədən təyin edilir. Bizdə də belədir. Lakin, Antaliyadakı toplanış FİFA-nın pəncərəsinə aid deyil. Bu birbaşa baş məşqçi Berti Foqsun göstərişi ilə baş tutan toplanışdır”.

 

Nərimanoğlu həmçinin Azərbaycan millisinin  klubla qarşılaşmasına da münasibət bildirib:

“Milli komanda yarandığından bu günə kimi dəfələrlə klubla qarşılaşıb və bu problemli məsələ deyil. Həmçinin, millmiz son illərdə İspaniya, Rusiya, Yaponiya, ABŞ kimi güclü yığmalarnan da qarşılaşıb”. – deyə Mikayıloğlu qeyd edib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti