İtaliyanın “İnter” klubu ilə Bakıdakı oyunda təmiz qolunun qeydə alınmaması ilə bağlı Avropanın ali futbol qurumuna şikayət edən Ağdamın “Qarabağ” klubunun şikayəti rədd edilmişdi.
Sportarena.az qərardan apellyasiya şikayəti verən təmsilçimizin növbəti məhkəməsinin bu gün olacağını daha öncə də xəbər vermişdi. Klubdan saytımıza verilən məlumata görə məhkəmə qərarını bu gün saat 20:00-da açıqlayacaq. Qərarın bu qədər gecikməsi isə məhkəmənin digər şikayətlərə də eyni zamanda baxmasıdır.