İspaniya Futbol Federasiyası "Barselona"nı cəzalandıra bilər.
Buna səbəb Kataloniya təmsilçisinin azarkeşlərinin La Liqanın 23-cü turunda "Levante" ilə keçirilən oyunda (5:0) "Real"ın hücumçusu Kriştiano Ronaldonun ünvanına "Ronaldo sərxoşdur" şüarları səsləndirməsidir.
Artıq bununla bağlı İspaniya Futbol Federiyasının İntizam Komitəsi araşdırmalara başlayıb.
Qeyd edək ki, Ronaldo "Atletiko"ya 0:4 hesabı ilə uduzduqları matçdan sonra ad günü mərasimi keçirdiyi və orada şənləndiyi üçün tənqid olunub.