İngiltərənin 4 "nəhəng"i bu futbolçunu istəyir

15:45 17 Fevral 2015

"Arsenal"ın Paulo Dibala üçün təklif göndərdiyi məlum olub.

 

Sportarena.az xəbər verir ki, 21 yaşlı argentinalı hücumçunun transferinə 40 milyon avro təklif edilir. Siciliya klubunun prezidenti Mauro Zamparini Dibalanın 2016-cı ildə başa çatacaq müqaviləsini yeniləmək istəmədiyini mətbuata açıqlamışdı.

 

Buna görə gənc forvardın mövsümün sonunda "Palermo"dan ayrılması mümkündür.

 

Ona "M.Y", "M.S" və "Çelsi" də maraq göstərir.


Digər xəbərlər

Xəbər xətti